İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan qaz tranzitini dayandırması Rusiyanı nə qədər ziyana salacaq?

Rusiya qazı Avropaya “Türk axını” boru kəməri ilə hələ də axa bilər, lakin artıq Ukrayna ərazisindən keçmir və bu, Avropa Birliyinə qaz idxalını təxminən 14 milyard m³ azaldacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb.

Son hesablamalara görə, Rusiya Ukrayna vasitəsilə Avropaya nəql edilən qazdan əvvəllər aldığı 5 milyard avrodan məhrum qalacaq. Bu, “Qazprom”un və Rusiyanın gəlirlərinin daha da 6,7% azalmasına səbəb ola bilər.

Lakin “Qazprom” bundan əvvəl də itkilərə məruz qalıb. 2024-cü ilin sonuna qədər təkcə Ukrayna boru kəmərləri ilə Avropaya ixrac edilən Rusiya qazının həcmi 78% azalıb. 2023-cü ildə isə Qazprom 2001-ci ildən bəri ilk dəfə olaraq 629 milyard rubl (5 milyard 717 milyard ABŞ dolları) xalis zərəri etiraf edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR