İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan daha 9 azərbaycanlı Vətənə təxliyə olunub

Ukraynada çətin vəziyyətdə qalan soydaşlarımız vətənə gətirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Musavat.com-a bildirilib ki, Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 nəfər soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycan təxliyə olunublar.

Təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.

Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR