İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada ruslara aid hər şey silinir - Fotolar

Ukraynanın Dnepropetrovsk vilayətində Maksim Qorki və pilot Valeri Çkalovun abidələri sökülüb.

Musavat.com xəbər verir ki, bu barədə “Suspilnye Dnepr” portalı məlumat yayıb. Sökülən abidələr “Zookontrol” kommunal xidmətinin ərazisinə keçiriləcək.

Ümumiyyətlə, Ukraynada Rusiya ilə əlaqəli hər bir şeyin silinməsi prosesi gedir. Üstəlik, onların kim olmasına, Ukraynaya hansı münasibət bəsləmələrinə də fərq qoyulmur. Rusiyanın bir çox tanınmış şəxslərinin adları artıq küçə adlarından götürülüb.

Bu yaxınlarda Ukraynada yazıçı Nikolay Ostrovskinin, general Aleksandr Suvorovun abidələri, həmçinin şair Aleksandr Puşkinin büstü də sökülüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR