İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada özbəkistanlı manyak qatilə hökm oxunub

Ukraynada silsilə amansız qətllər törədən 39 yaşlı Özbəkistan vətəndaşı mühakimə edilib. Musavat.com yerli mediaya istinadla xəbər verir ki, məhkəmə ölkənin müxtəlif regionlarında ondan çox adam öldürməyə görə onu ömürlük həbs cəzasına məhkum edib.

Prokurorluğun məlumatına görə, manyak qatil 2018-ci ildən 2024-cü ilə qədər Xarkov və Kiyev vilayətlərində 10-dan çox adamı qətlə yetirib. Ölənlərin arasında Ukrayna, Litva, Gürcüstan və Özbəkistan vətəndaşları var.

Bildirilir ki, cani bütün cinayətlərini diqqətlə planlaşdırıb. O, əvvəlcə insanların etimadını qazanıb, çox vaxt birlikdə spirtli içki içmək bəhanəsi ilə onlarla ünsiyyət qurur, sonra onları öldürərmüş. Qətlə yetirilənlər 35-81 yaş arası kişi və qadınlar olub. Manyak onları üçün müxtəlif üsullara əl atıb: boğub, daşla vurub. O, daha sonra ölənlərinin pulunu, telefonunu və başqa əşyalarını götürüb.

Gül dükanı satıcısının qətli onun sonuncu cinayəti olub. O, mağazanın vitrinini sındırıb, gecə geri qayıdıb və qadına 34 bıçaq zərbəsi vurub. Müşahidə kameraları hücumu anbaan lentə alıb və şübhəli tezliklə həbs edilib. Dindirilmə zamanı o, törətdiyi cinayətləri etiraf edib və necə öldürdüyünü ətraflı təsvir edib.

Psixiatrik müayinə onun öz hərəkətlərindən tam xəbərdar olduğunu göstərib. Onun qurbanları arasında üç evsiz kişi, Latviya vətəndaşı, meşə parkında boğularaq öldürülən qadın və başqaları var. İstintaq başa çatdıqdan sonra həmin şəxs qətl və quldurluqda ittiham olunub. Artıq hökm qanuni qüvvəyə minib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR