İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada ölən uşaqların yeni sayı

Ukraynada müharibə başlayandan bəri 225 ukraynalı uşaq həlak olub.

“Qafqazinfo” xəbər verir ki,bu barədə Ukrayna Baş Prokurorluğu teleqram səhifəsində məlumat yayıb.

"Mayın 8-i səhər saatlarına olan məlumata görə, Ukraynada Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində 638-dən çox uşaq zərər çəkib. Eyni zamanda, rəsmi məlumatlara görə, 225 uşaq həlak olub.

Uşaqlar arasında ən çox qurbanlar Donetskdə - 139, Kiyevdə - 116, Xarkovda - 98, Çerniqovda - 68, Xersonda - 46, Nikolayevdə - 44, Luqanskda - 42, Zaporojyedə - 28, Sumi vilayətlərində - 17, Kiyevdə - 16, Jitomda - 115 nəfərdir.

Rusiya Federasiyası silahlı qüvvələrinin Ukraynanın şəhər və kəndlərini gündəlik bombardmanları və atəşə tutması nəticəsində 1635 təhsil müəssisəsinə ziyan dəyib. Eyni zamanda, onlardan 126-sı tamamilə məhv edilib”, -məlumatda qeyd edilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR