İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada nüvə müharibəsi riski: DƏHŞƏTLİ SSENARİ

Pentaqon bunun üçün heç bir səbəb olmadığını, Kreml isə təhlükənin ciddiliyini qeyd edir; ekspert: “Rusiyanın xəbərdarlığı Qərbi Ukraynaya hərbi yardımlardan çəkindirmək niyyəti daşıyır”

Ukraynadakı müharibənin nüvə müharibəsinə çevrilməsi üçün heç bir səbəb yoxdur. “Yeni Müsavat” xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi bildirib. Sitat: “Ukraynadakı hazırkı vəziyyətin bu səviyyəyə çatması üçün heç bir səbəb yoxdur. Əvvəl də dediyim kimi, vəziyyəti çox diqqətlə izləyirik və bizi strateji nüvə silahından müdafiə qüvvələrimizin hazırlıq səviyyəsini, ölkəmizin və müttəfiqlərimizin müdafiə edilməsi ilə bağlı hazırlıq dərəcəmizi dəyişməyə məcbur edəcək heç nə görmürük”, - deyə Kirbi qeyd edib.

Bundan əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Birinci kanal”a müsahibəsində nüvə müharibəsi risklərinin yüksək olduğu ilə bağlı fikir bildirmişdi. “Təhlükə ciddidir, realdır, onu qiymətləndirməmək olmaz”, - deyə Lavrov sözlərinə əlavə etmişdi. Beləliklə, bəşəriyyət ən təhlükəli ana yaxınlaşa bilər. Lavrov istisna etmir ki, nüvə müharibəsi riski gün-gündən artır. Ümumiyyətlə, dünya son 60-70 ildə bu qədər nüvə müharibəsi riskinə yaxın olmayıb. İndi “soyuq müharibə”nin ən sərt fazasına keçid edilib və tərəflər nüvə silahı ilə hədələyirlər. 

Sonuncu belə təhlükə SSRİ-ABŞ arasındakı “soyuq müharibə” dövründə olub. Bu haqda sənədli filmlər də var. Bəs bizim ekspertlər ABŞ-Rusiya qarşıdurmasının nüvə hücumu ilə yekunlaşacağını, ya da daha da şiddətlənəcəyini ehtimal edirlərmi? Yeri gəlmişkən, Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya ilə təkbaşına açıq nüvə savaşı aparmağa hazır olduqlarını qeyd etmişdi. Rusiyanın hərbi doktrinasına görə, nüvə silahı rus dövlətinin mövcudluğuna təhlükə yaradan nüvə hücumunun baş verəcəyi halda Moskva tərəfindən istifadə oluna bilər.

Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm  töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını

Əziz Əlibəyli

Siyasi şərhçi Əziz Əlibəylinin “Yeni Müsavat”a bldirdiyinə görə, savaşın nüvə müharibəsinə çevrilməsi riskini diplomatik kanallar dilə gətirir: “Amma hərbçilər belə risklər haqda danışmırlar. Bu müharibə necə başlaya və bitə bilər, nüvə başlıqları kimdə çoxdur, itkilər nə qədər olacaq - bu suallar var. Mən ciddi şəkildə belə qənaətdəyəm ki, Ukraynaya ABŞ və Britaniyanın artan hərbi yardımları fonunda Rusiyanın onlara xəbərdarlıq etməsi, indi də açıq mətnlə çıxış etməsi Qərb güclərini çəkindirmək niyyəti daşıyır. Nüvə silahının tətbiqi Rusiyaya da, Qərb ölkələrinə də böyük zərbə ola bilər. Üstəlik, nüvə müharibəsi olarsa, İsrail, Şimali Koreya və digər ölkələrin hansı tərəfdən dayanacağı çox önəmlidir. Ona görə indi nüvə müharibəsi üçün bir səbəb yoxdur. Lavrovun söylədikləri də məhz Ukraynaya yardımları dayandırmağa hesablanmış açıqlamalardır”.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Təhlilçi Ramiyə Məmmədova nüvə müharibəsi riskinin Rusiya tərəfindən şişirdildiyini düşünür: “Amma müharibənin şiddətli dövründə Rusiya bir neçə şəhərə ağır zərbə vuracaq nüvə başlıqlarından istifadə edə bilər. Sadəcə, bunun üçün rus ordusu elə bir vəziyyətə salınmalıdır ki, Putin nüvə başlıqlarına əl atsın. Düşünmürəm ki, Rusiya rəhbərliyi belə bir ağılasığmaz addım atsın. Lavrovun dedikləri ilə Pentaqonun mövqeyində uzlaşmanın olmaması göstərir ki, Kreml hədə-qorxu gəlir. Buna ”əzələ nümayişi" də demək olar".

Ekspertin fikrincə, müharibə yaxın həftələrdə səngiyə bilər: “Türkiyə liderlər səviyyəsində görüş üçün səy göstərir. Amma Putinin Zelenski ilə görüşmək ehtimalı azdır. Rusiya lideri hesab edir ki, görüşə ondan böyüyü gəlməlidir. Yəni Baydeni, NATO rəhbərliyini nəzərdə tutur. Beləcə, biz böhranın dərinləşməsinə, hərbi əməliyyatların isə getdikcə zəifləməsinə şahid olacağıq. Nəticədə uzun müddət Ukrayna ərazilərində suverenliyin bərpası ilə bağlı ayrı-ayrılıqda dialoqlar, müzakirə masaları qurulacaq”.

Qeyd edək ki, Amerika Alimləri Federasiyasının hesablamalarına görə, Rusiyanın 5977 nüvə başlığı (nüvə partlayışı yaradan qurğu) var. Hərçənd bu saya artıq istismardan çıxarılmış və utilizasiyaya göndərilməli başlıqlar da daxildir. Yerdə qalan təxminən 4500 başlıq strateji nüvə silahı (nüvə başlıqlarını uzaq məsafələrə çatdıra bilən ballistik raket) hesab olunur. Nüvə müharibəsi dedikdə məhz bu növ silahlardan istifadə nəzərdə tutulur.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR