İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada müharibə başlayandan bəri 279 uşaq itkin düşüb

Ukraynada Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri 279 uşaq itkin düşmüş hesab olunur, 7460 uşaq tapılıb.

AZƏRTAC “Ukrinform” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti “Müharibə uşaqları” dövlət portalında məlumat yayıb. Müharibənin təsirinə məruz qalan uşaqlar haqqında noyabrın 12-nə olan məlumat belədir: 279 uşaq itkin düşüb, 11028-i deportasiya edilib, 7460-ı tapılıb, 96-sı geri qaytarılıb.

Yetkinlik yaşına çatmayanların işləri üzrə prokurorlar, həmçinin Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində 430 uşağın öldüyünü, 829-nun yaralandığını bildiriblər.

Baş Prokurorluqdan verilən məlumata əsasən, müharibə dövründə ümumilikdə 1229 ukraynalı uşaq zərər çəkib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR