Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Odessa vilayətinin Reni şəhərinin meri İhor Plexov rüşvətalmada təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.
“Report” xəbər verir ki, bu barədə ölkənin Ali Antikorrupsiya Məhkəməsi məlumat yayıb.
Məhkəmə iclası aprelin 17-də baş tutub. Plexovla birlikdə Reni Şəhər Şurasının keçmiş deputatı İvan Poydolova da hökm oxunub.
İstintaqa görə, onlar 2,5 hektar ərazisi olan kommunal torpağın icarəsi üçün 100 min dollar rüşvət almaq istəyiblər. Məbləğin yarısını alarkən ifşa olunublar.
Məhkəmə hər ikisini təqsirli bilib və meri 9 il, eks-deputatı isə 10 il müddətinə azadlıqdan məhrum edib. Onlar həmçinin 3 il müddətinə yerli özünüidarəetmə orqanlarında və dövlət orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilib və əmlakları müsadirə edilib.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ