İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada Koreya ssenarisi təkrarlana bilər - QALMAQALLI AÇIQLAMA

Müharibə ukraynalıların gözlədiyi kimi bitməyə bilər və nəticədə Ukrayna bütün ərazilərini qaytarmaya bilər. Qərb belə bir ssenariyə hazırdır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ukrayna Prezident Aparatının keçmiş müşaviri Aleksey Aretoviç belə bir maraqlı fikir irəli sürüb.

“Gözləntilərini çox yüksəldən, lakin “Minsk-3” sazişi ilə üzləşə biləcək cəmiyyətin taleyi necə olacaq? Bu yerinə yetirilməmiş gözləntilərdən geri çəkilməsi bizə hərtərəfli zərbə vuracaq. Bu müharibədən çıxış yolu üç ay əvvəl, Xerson əməliyyatının uğurundan sonra bizə göründüyü kimi olmaya bilər. Həm də ona görə deyil ki, məkrli amerikalılar silah vermirlər və ya gecikdirirlər. Uğur əldə etmək üçün NATO silahları ilə mükəmməl təlim keçmiş 400 min əsgər lazımdır ki, rusları darmadağın edib əraziləri azad edək. Bizdə bu imkan var? Yox. Gələn il olacaq? Olmayacaq. Təlim-məşq bazası çatmayacaq... Biz cəmiyyət olaraq belə nəticəyə hazır deyilik. Bunu Rusiya tərəfinin gözləntisi kimi demək qərarına gəldim. Amma ən xoşagəlməz hal odur ki, Qərbdə də eyni cür düşünürlər və biz tamamilə onlardan asılıyıq. Qərb nə etməlidir? İki Koreyanın ssenarisi-Zəmanətlərlə Cənubi Koreya qurmaq”, – deyə, Aretoviç yazıb.

Keçmiş müşavir bu variantla Ukraynanın çoxlu bonus əldə edə biləcəyini bildirib.

Qeyd edək ki, Aleksey Arestoviç son dövrlərdə açıqlamaları ilə ölkəsində ciddi tənqid hədəfinə çevrilib. Onun xüsusilə Dneprpetrovskda mülki əhalinin yaşadığı binanın vurulması ilə bağlı gözlənilməz versiyası (Arestoviç həmin raketin Ukrayna tərəfindən vurulduqdan binanın üzərinə düşə biləcəyini demişdi) hər kəsin qəzəbinə səbəb olmuşdu. Nəticədə Zelenskinin müşaviri vəzifəsindən istefa verməyə məcbur qalmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR