İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada başına pul qoyulan rus muzdlusu Donbasda döyüşməkdən qorxdu

Donetskdəki rusiyayönlü separatçıların keçmiş “müdafiə naziri” İqor Strelkov (Qirkin) Ukraynadakı döyüş bölgəsindən Moskvaya qayıtdığını bildirib.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, o cəbhəyə gedə bilmədiyini və ona heç bir sənəd verilmədiyini söyləyib.

Qeyd edək ki, bundan əvvəl rusiyalı muzdlu Haaqa məhkəməsi tərəfindən qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilmişdi, Ukraynanın özündə isə onun üçün 100 min dollarlıq mükafat vəd edilib.

Strelkov işğal başlamazdan əvvəl dəfələrlə Rusiya rəhbərliyini tənqid edib və başlayandan sonra cəbhəyə getməsinə icazə verilmədiyini deyib. Bu ilin oktyabrında onun döyüş əməliyyatlarında iştirak etmək üçün getdiyi məlum olub. Strelkovun sözlərinə görə, polkovnik hərbi rütbəsinə baxmayaraq, onu sıravi əsgər kimi xidmətə cəlb etmək istəyiblər. Lakin o, Donetsk bölmələrindən birinin qüvvələrinin batalyonunun qərargah rəisi kimi fəaliyyət göstərib.

Keçmiş FTB zabiti Strelkov 2014-cü ilin yazında Ukraynanın şərqindəki fəaliyyəti ilə məşhurlaşıb. Onun Rusiyadan gətirdiyi dəstə həmin vaxt Ukraynanın Donetsk vilayətinin Slavyansk və Kramatorsk şəhərlərini ələ keçirmişdi.

2014-cü ildə o, Donetsk vilayəti üzərində “Boeing” sərnişin təyyarəsinin vurulmasından Donbası tərk edib. Xatırladaq ki, Haaqada yerləşən məhkəmə onu bu inayətə görə qiyabi ömürlük həbs cəzasına məhkum edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR