İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: “Rusiyaya imkan verməyin…”

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı açıqlama verərək Rusiyanı hadisəylə bağlı məsuliyyətdən yayınmaqda və sübutları məhv etməkdə ittiham edib.

Musavat.com xəbər verir ki, o, beynəlxalq ictimaiyyəti bu faciənin ədalətli və obyektiv şəkildə araşdırılmasına çağırıb.

Nazir bildirib:

“AZAL təyyarəsinin qəzaya uğraması dəhşətlidir. Azərbaycan xalqına başsağlığı veririk. Təəccüblü deyil ki, Rusiya mətbuatı dərhal qəzanın səbəbləri barədə yalan məlumatlar yaymağa başladı. Rusiya hətta zədələnmiş təyyarəni dəniz üzərindən uçmağa məcbur etdi. Bu, çox güman ki, cinayət sübutlarını gizlətmək cəhdi idi”.

Andrey Sibiqa qeyd edib ki, təyyarə salonundan və qəzadan sonra yayılan fotolar və videolar Rusiya zenit raket sisteminin yaratdığı zədələri açıq şəkildə göstərir:

“Rusiyanın yalan danışmasına, məsuliyyətdən yayınmasına və ya günahı başqasının üzərinə atmasına imkan verməməliyik”.

Ukrayna XİN hadisənin bütün aspektlərinin ədalətli və qərəzsiz araşdırılmasını tələb edib. Nazirin sözlərinə görə, bu, yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq təhlükəsizlik və ədalət prinsiplərinin qorunması baxımından həyati əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Azərbaycan təyyarəsinin vurulması nəticəsində 38 nəfər həyatını itirib. Hadisənin Rusiyanın zenit raket sistemi ilə bağlı olması barədə artan sübutlar Azərbaycan və dünya ictimaiyyətində ciddi narahatlıq doğurur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR