Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda Ukrayna və Rusiya nümayəndə heyətləri birbaşa təmas qurmayacaq.
Musavat.com xəbər verir ki, ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun sözlərinə görə, tərəflər fərqli otaqlarda oturacaq və müzakirələr amerikalılar vasitəsilə aparılacaq.
"Biz onların arasında gedib-gələcəyik və fikirləri ötürəcəyik", – deyə Kelloq bildirib.
Bu format xüsusilə Rusiya və Ukrayna arasında birbaşa danışıqların mümkünsüz olduğu şəraitdə kompromis axtarışlarının davam etdirilməsi üçün seçilib.
Danışıqların detalları hələ tam açıqlanmasa da, ekspertlər bu yanaşmanın effektivliyi ilə bağlı şübhələrini ifadə edirlər.
Musavat.com
28 Mart 2025
27 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ