Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Ukrayna münaqişəsinin həlli məsələsində ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatını qazanmaq istəyindən istifadə edə bilər.
Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu qənaətə Britaniyanın The Economist qəzetinin müəllifləri gəlib.
Məqalə müəlliflərinin fikrincə, Avropa liderləri açıq şəkildə Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəklədiklərini bəyan etməli və mükafatın ona verilməsini alqışlayan məktubları Nobel komitəsinə göndərməlidirlər. Qəzet qeyd edir ki, belə namizədlərin irəli sürülməsi xüsusi əhəmiyyət daşımır, çünki 100 mindən çox alim, professor və digər şəxslər faktiki olaraq istənilən şəxsi namizəd göstərə bilirlər. Lakin Avropanın dəstəyi Trampı Ukrayna münaqişəsinin həllində daha fəal iştirak etməyə sövq edə bilər.
Bununla belə, Aİ-nin komitəyə təsir imkanlarının az olduğu bildirilir, çünki yekun qərarı beş norveçli məmur – siyasətçilər və ictimaiyyət nümayəndələri qəbul edir.
15 avqustda NBC telekanalı Ağ Evin nümayəndəsinə istinadla xəbər verib ki, Tramp Nobel Sülh Mükafatını çox arzulayır, lakin onun bunu əldə edəcəyinə inanmır.
Bundan əvvəl Norveç mediası yazmışdı ki, ABŞ prezidenti Nobel Sülh Mükafatı ilə bağlı Norveçin maliyyə naziri, NATO-nun sabiq baş katibi Yens Stoltenberqə zəng edib. Ağ Evin nümayəndəsi Trampın Stoltenberqlə telefonla danışığını təsdiqləyib, lakin söhbətin nəyə həsr olunduğunu açıqlamayıb.
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ