İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirziyoyev Azərbaycan və Türkmənistana Xəzərdəki yataqlarla bağlı əməkdaşlıq təklif etdi

Özbəkistan Azərbaycan və Türkmənistana Xəzər şelfində geoloji kəşfiyyat və yataqların mənimsənilməsi sahəsində əməkdaşlıq perspektivlərini araşdırmağı təklif edib.

Musavat.com xəbər verir ki, bu təkliflə Özbəkistan lideri Şavkat Mirziyoyev avqustun 22-də Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə keçirilən yüksək səviyyəli üçtərəfli görüşdə çıxış edib.

Bundan əlavə, Ş.Mirziyoyev Özbəkistanın Xəzər dənizi vasitəsilə yüklərin daşınması üçün öz bərə daşıma güclərini yaratmaqda maraqlı olduğunu bildirib.

"Enerji təhlükəsizliyini təmin etmək məqsədilə əməkdaşlığın dərinləşdirilməsi və enerji resurslarının üçüncü ölkələrə ixracı üçün dəhlizlərin inkişafının zəruriliyi qeyd edilib. Bu baxımdan Avropaya "yaşıl enerji" tədarükünün təşkili layihəsi perspektivli adlandırılıb. Ənənəvi karbohidrogenlər hissəsində, Xəzər şelfində geoloji kəşfiyyat və yataqların mənimsənilməsi sahəsində əməkdaşlıq perspektivlərinin öyrənilməsi təklif edilib", - Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatında qeyd olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR