Onlayn ictimai-siyasi qəzet
Astraxanda Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclası keçirilir.
Musavat.com xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Moskva və Bakı gələcək iş üçün ümumi istiqamətləri müəyyənləşdiriblər. Onun sözlərinə görə, prioritet sahələr enerji əməkdaşlığı və nəqliyyat əlaqələrinin inkişafıdır.
Tərəflər həmçinin ticarət dövriyyəsinin artırılması, sənaye və kənd təsərrüfatında yeni layihələrin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ