Onlayn ictimai-siyasi qəzet
ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) əməkdaşları Donald Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Boltonun Merilend ştatının Betesda şəhərində yerləşən evində axtarış aparıb.
Musavat.com xəbər verir ki, bu barədə “New York Post” qəzetinə adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi məlumat verib.
ABŞ rəsmisinin sözlərinə görə, istintaq məxfi sənədlərlə bağlıdır və “bir neçə il əvvəl” başlanılıb.
O əlavə edib ki, sabiq prezident Co Baydenin administrasiyası bu prosesi “siyasi səbəblərə görə” dayandırıb.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ