İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna və Rusiya arasında danışıqlar sabaha ertələnib

Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətləri arasında İstanbuldakı danışıqlar sabaha ertələnib.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna heyətinin nümayəndəsi David Araxamiya teleqramda yazıb.

“Biz hələ də yoldayıq, logistik çətinliklərə görə gəlişimiz kifayət qədər gec vaxta gözlənilir. Rusiya nümayəndə heyəti də yarım saat əvvəl yola düşüblər, onlar da təqribən saat 21:00-da çatacaqlar, ona görə qərara gəldik ki, hamı gəlsin, yerləşsin, sabah səhər saat 10-da danışıqlara başlayacağıq”, - Ali Radanın deputatı vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR