İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna və Polşa birgə tank mərmiləri istehsal edəcək

Ukrayna və Polşa birgə 125 mm-lik tank mərmiləri istehsal edəcək.

“Report” xəbər verir ki, bunu Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin teleqramda yazıb.

Onun sözlərinə görə, artıq tərəflər bununla bağlı müvafiq sənədi imzalayıblar.

A.Kamışin bildirib ki, Strateji Sənaye Nazirliyi Ukrayna ordusu üçün sursat istehsalının artırılmasına diqqət yetirəcək.

Bundan əlavə, Ukrayna NATO ölkələrindən biri ilə birlikdə 122 mm-lik artilleriya mərmiləri istehsal etməyə başlayıb.

Qeyd edilib ki, sursatın ilk partiyası artıq cəbhəyə göndərilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR