İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna və Almaniya liderləri Rusiyaya təzyiqin artırılmasını müzakirə ediblər

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bunu V.Zelenski tviterdə yazıb.

Telefon danışığı zamanı G7 ölkələrinin iclasında Ukrayna liderinin çıxışı barədə razılığa gəlinib:

“Mən orada Rusiyanın terror aktları barədə danışacağam”, - V.Zelenski söyləyib.

V.Zelenski ilə Şolts, həmçinin Rusiyaya təzyiqin artırılması və Ukraynada yenidənqurma işləri barədə fikir mübadiləsi aparıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR