İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna təhlukəsizlik xidməti "Yeni Müsavat"ın Ukrayna təmsilçisini təltif etdi - FOTO

Ukrayna təhlukəsizlik xidməti "Yeni Müsavat"ın Ukrayna təmsilçisi Anar Natiqoğlunu xüsusi mükafatla təltif edib. 

Bu barədə Anar Natiqoğlu özünün Facebook profilində yazıb. O, bildirib ki, Ukrayna təhlukəsizlik xidməti özünün 30 illik yubileyi münasibəti ilə bir qrup şəxsi təltif edib, bunların arasında Anar Natiqoğlu da var. 

"Ukrayna təhlukəsizlik xidməti (SBU) 30 illik yubileyi ilə əlaqədar olaraq şəxsimi təltif etdi... Slava Ukraine!" - Anar Natiqoğlu yazıb.

Qeyd edək ki, Anar Natiqoğlu uzun müddətdir Odessa şəhərində yaşayır. Rusiyanın Ukraynaya hücumu zamanı o, xüsusi fəallıq göstərib və informasiya müharibəsində Ukraynanın tərəfində xidmət edib. 

Anar Natiqoğlu "Yeni Müsavat" Media Qrupunun Ukraynada rəsmi akreditasiya olunmuş təmsilçisidir.

 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR