İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyanın terrorçu dövlət elan olunmasını tələb edir - Sabah BMT-də nə baş verəcək?

Dünən – oktyabrın 10-da Ukraynaya Rusiya qüvvələrinin raket zərbələrində 19 nəfər həlak olub, 115 nəfər yaralanıb. ABŞ Prezidenti Cozef Bayden Rusiyanın hərbi cinayətlər və vəhşiliklərə görə cavab verəcəyini söyləyib.

Ukrayna Prezidenti Volodimir Zelenskiyə telefon zəngində Bayden Rusiyanın raket zərbələrini pisləyib, qurbanların ailələrinə başsağlığı verib.

“Prezident Bayden Ukraynaya özünümüdafiə üçün gərəkən dəstəyi, o cümlədən müasir havadan müdafiə sistemləri göndərməyi vəd edib”, – Ağ evin oktyabrın 10-da yaydığı bəyanatda deyilir

Bayden daha öncəki bəyanatında deyib ki, zərbələr Rusiya Prezidenti Vladimir Putinin başlatdığı müharibənin tam qəddarlığını göstərir.

Baydenlə telefon söhbətində Zelenski qeyd edib ki, Ukrayna üçün havadan müdafiə müdafiə əməkdaşlığımızda 1 nömrəli prioritetdir. Bu gün – oktyabrın 11-də isə Böyük Yeddilik (G7) liderləri Zelenski ilə video formatda görüşəcəklər.

Rusiyanın raket zərbələrindən bir neçə saat sonra BMT Baş Assambleyasının fövqəladə iclasında Ukraynanın səfiri Rusiyanı terrorçu dövlət adlandırıb.

“Rusiya bir daha sübut elədi ki, terrorçu dövlətdir, ən güclü yollarla qarşısı alınmalıdır”, – səfir Sergey Kislitsa deyib.

BMT-nin iclası Rusiyanın Ukraynanın dörd vilayətini ilhaq etməsini pisləyən qətnamə layihəsinin müzakirəsi üçün çağrılmışdı. Ancaq dünənki raket zərbələri iclasın gündəmini zəbt edib.

Qurumun Baş katibi Antonio Quterreş Rusiyanın zərbələrlə müharibəni qəbuledilməz şəkildə eskalasiya etdiyini bildirib. Baş Assambleya qərar verib ki, Rusiyanın Ukrayna ərazisində keçirdiyi qanunsuz referendumları, həmçinin dörd vilayətin qanunsuz ilhaq cəhdini pisləyən qətnamə layihəsi üzrə gizli deyil, açıq səsvermə keçirilsin.

Səsvermənin sabah – oktyabrın 12-də keçiriləcəyi gözlənir.

Rusiya Prezidenti Vladimir Putin isə Təhlükəsizlik Şurası üzvlərilə video görüşündə raket zərbələrini Kiyevin terrorçu hərəkətlərinə cavab adlandırıb.

(AzPolitika.info)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR