Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibə və sülh danışıqları ilə bağlı bir sıra açıqlamalar verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, Kiyevin Rusiyanın Ukraynaya son hava hücumuna əsas yaratdığını deyib:
"Yaxşı, dünən axşam Putinə səbəb verdilər ki, gedib onları cəhənnəmə bombardman etsinlər, bu mənim xoşuma gəlmədi. Bunu (Ukraynanın Rusiya aerodromlarına hücumu-red.) görəndə dedim ki, yaxşı, indi vuracaqlar".
Tramp Kiyevin Rusiya hərbi aerodromlarına son hücumlarından sonra Ukraynadakı müharibənin nüvə münaqişəsinə çevrilməyəcəyinə ümid etdiyini bildirib və bunları bəyənmədiyini deyib.
Eyni zamanda, Amerika lideri Rusiyanın Kiyevlə danışıqları dayandırmayacağına da ümid edir.
O, Senatın Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsini “çox güclü” adlandırıb, lakin vurğulayıb ki, yeni məhdudiyyətlərə şəxsən özü qərar verəcək.
Musavat.com
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ