İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə güclü zəlzələ oldu - SON DƏQİQƏ

Türkiyənin Çanaqqala vilayətinin Gökçeada sahillərində yeraltı təkanlar qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) özünün “X” sosial platformasında paylaşıb.

Verilən rəsmi məlumata əsasən, 5.2 bal gücündə olan zəlzələnin episentri Yunanıstan ərazisindəki Ayion Oros bölgəsində yerləşib. Yeraltı təkanların Gökçeada adasından təxminən 130 kilometr məsafədə və 7 kilometr dərinlikdə baş verdiyi bildirilib. Zəlzələ yerli vaxtla saat 15:46-da qeydə alınıb.

Təkanlar Çanaqqala ilə yanaşı İzmir, Aydın və digər yaxın ərazilərdə, həmçinin Egey və Mərmərə bölgələrində də hiss olunub.

Hazırda baş verən təbii fəlakət nəticəsində dağıntılar və ya insan tələfatı barədə rəsmi məlumat verilməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR