İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna "F-16"sı Rusiya "Su-35"ni HAVADA VURDU - VİDEO

Ukrayna Hərbi Hava Qüvvələri bu gün səhər Kursk istiqamətində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus "Su-35" qırıcısını məhv edib.

Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin rəsmi “Telegram” kanalında yayılan məlumata görə, təyyarə "hava-hava" tipli raketlə vurulub. Bildirilir ki, raket Ukraynaya məxsus və "Link-16" taktiki rabitə şəbəkəsinə qoşulmuş "F-16" qırıcısından buraxılıb.

Qeyd edək ki, bundan öncə Ukrayna Müdafiə Nazirliyi ölkənin hərbi qüvvələrinin NATO-nun istifadə etdiyi "CRC System Interface" (CSI) sisteminə inteqrasiyasına dair razılaşma imzalayıb. Bu sistem NATO-nun döyüş meydanında vahid informasiya paylaşımını təmin edən, "Link-16" əsaslı rəqəmsal idarəetmə texnologiyasıdır.

Razılaşmaya əsasən, Ukrayna tərəfi "F-16", "Mirage 2000" kimi Qərb istehsalı qırıcıları, eləcə də hava hücumundan müdafiə sistemlərini NATO-nun birgə idarəetmə şəbəkəsinə qoşaraq əməliyyatlarda effektiv koordinasiya, real vaxtda kəşfiyyat məlumatlarının paylaşılması və hədəf təyinatı imkanlarına sahib olacaq.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR