Onlayn ictimai-siyasi qəzet
İyunun 10-da Masallı rayonunun bir neçə kəndində təbii qazın verilişində fasilələr olacaq.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində yerləşən “Tüklə” qaz paylayıcı stansiyasından qidalanan Mahmudavar, Şatıroba, Mişkəmi, Miyənkü, Hişkədərə və Mololan kəndlərini qazla təchiz edən orta təzyiqli qaz xəttinin kipliyə sınaqdan keçirilməsi məqsədilə, saat 10:00-dan işlər başa çatana qədər bu 6 yaşayış məntəqəsində, ümumilikdə 2800 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
08 Iyun 2025
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ