İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqlarının dişlərini fırçalamadıqları üçün həbs edildilər

İsveçdə övladlarının dişlərini fırçalamadıqları üçün valideynlər həbs cəzasına məhkum edilib.

Məhkəmə övladlarının diş sağlamlığına etinasız yanaşan valideynlərə 8 ay həbs cəzası verib.

Belə ki, hadisə İsveçin qərbindəki Boras şəhərində baş verib. Bir ailə uşaqlarını müntəzəm diş həkimi müayinəsinə apardığı zaman dişlərdə çürüklər aşkar edilib.

Diş həkiminin dediyinə görə, bəzi dişlər o qədər pis vəziyyətdə idi ki, onları çıxarmaq lazım idi.

Valideynlər məhkəmədə günahlarını etiraf etməyiblər. Lakin məhkəmə tibbi sübutlara və ekspertiza rəylərinə əsasən valideynləri övladlarına qarşı kobud səhlənkarlıqda təqsirli bilib və hər iki valideyni 8 ay müddətinə azadlıqdan məhrum edib.

Qərar ölkədə geniş müzakirələrə səbəb olub.

Bəzi tənqidçilər məhkəmənin qərarını sərt hesab etsələr də, ekspertlər və sosial işçilər uşaqların sağlamlığının və təhlükəsizliyinin hər şeydən üstün olduğunu və belə hallarda sərt tədbirlərin görülməsinin vacibliyini bildiriblər.//Qafqazinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR