İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyanın 700-dək raketini zərərsizləşdirib

2022-ci ilin sentyabrından, yəni Rusiya ordusu tərəfindən Ukraynanın kritik infrastrukturuna kütləvi raket hücumları başladıqdan bəri hava hücumundan müdafiə qüvvələri 700-dək raketi zərərsizləşdirib.

AZƏRTAC xəbər verir ki, bu rəqəmi Ukrayna hərbi hava qüvvələrinin spikeri Yuriy İqnat telemarafonun gedişində açıqlayıb. O vurğulayıb ki, Rusiya ordusu Ukraynanın mühüm infrastrukturuna zərbələr endirərkən böyük strateji raket ehtiyatından istifadə edib.

“Martın 9-da Ukraynaya kütləvi raket hücumundan sonra kamikadze-dronları nəzərə almasaq, artıq 700-ə qədər raket hava hücumundan müdafiə sistemi tərəfindən vurulub”, - deyə spiker bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR