İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Prezident Ofisindən tələb:Rusiya ilə bağlı beynəlxalq tribunalın yaradılsın

Ukrayna Prezident Ofisi Rusiya ilə bağlı beynəlxalq tribunalın yaradılmasını tələb edib.

Musavat.com xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O qeyd edib ki, Ukrayna şəhərlərinin kütləvi şəkildə hədəf alınması müharibə cinayətidir: “Mümkün cavab Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsi, Rusiyanın beynəlxalq tribunala çıxarılmasıdır”.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR