Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələri yaxın iki həftə ərzində Rusiyanın Kursk vilayətindən çıxmağa hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə New York Post Ukrayna ordusundakı mənbələrə istinadən məlumat yayıb.
Son günlərdə Kursk və Belqorod istiqamətində döyüşlər intensivləşib və hər iki tərəf ağır itkilər verir. Donald Trampın Rusiyaya açəq dəstək verməsindən və ABŞ-ın Ukraynaya hərbi yardımları dayandırmasından sonra Rusiya ordusu bütün cəbhə xəttində rəqibinə təzyiqi artıra bilib.
Hələlik rəsmi Kiyev bu məlumatı nə təsdiq edib, nə də təkzib edib. Regiondakı vəziyyətin necə dəyişəcəyi isə yaxın günlərdə daha da aydınlaşacaq.
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ