İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu hücum edir, Baxmut istiqamətində strateji üstünlüyü ələ keçirib

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Baxmut şəhəri istiqamətində strateji üstünlüyü ələ keçirib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Andrey Kovalyov məlumat verib.

Onun sözlərinə görə, Ukrayna müdafiəçiləri geniş cəbhə boyu hücum edir: "Ukrayna hərbçiləri Baxmut, Melitopol və Berdyansk istiqamətində hücum əməliyyatı keçirir. Donetsk və Zaporojye vilayətləri ilə sərhəddə yerləşən Rovnopol-Volodino istiqamətində ukraynalı hərbçilər qismən uğur əldə edib və hazırda orada möhkəmlənirlər".

Bundan başqa. Ukrayna müdafiəçiləri Rusiya hərbçilərinin Liman, Avdeyevsk və Marinsk isitqamətində hücumunun qarşısını alır. Baxmit yaxınlığındakı Kurdyumovsk bəndində Ukraynanın dövlət bayrağı qaldırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR