İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Macarıstana gedən neft kəmərini bağladı

Ukrayna Macarıstan istiqamətində “Drujba” kəməri ilə gedən neftin nəqlini dayandırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Transneft” şirkətinin mətbuat katibi İqor Demin bildirib.

“Ukrayna tərəfi boruda təzyiqin azalması səbəbindən Feneştlitka (Macarıstan – red.) istiqamətində nəqli dayandırdıqlarını bizə bildirib”,-deyə o, söyləyib.

Öz növbəsində Macarıstanın neft-qaz şirkəti “MOL”un nümayəndələri kəmərdəki vəziyyəti diqqətlə izlədiklərini qeyd ediblər. Onlar ölkənin neft ehtiyatlarının ancaq üç aya çatacağını bildiriblər. Macarıstanın baş naziri Viktor Orban insidentlə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırıb.

“Drujba” neft kəməri dünyanın ən uzun boru kəməridir və uzunluğu təxminən dörd min kilometrdir. Bu kəmər Rusiyanın Samara bölgəsindən başlamaqla, Bryanskdan keçir və sonra iki hissəyə şaxələnir: şimal hissəsi - Belarus, Polşa və Almaniya ərazisindən, cənub hissəsi isə Ukrayna, Çexiya, Slovakiya və Macarıstana istiqamətlənir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR