İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna KÜTLƏVİ zərbələrlə BOMBALANIR, Kurskda AĞIR döyüşlər gedir - CANLI

Rus ordusu Donetsk vilayətinin Nikolayevka və Luqansk vilayətinin Stelmaxovka kəndlərini ələ keçirib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya qoşunları Kursk vilayətində əks-hücuma keçərək Ukrayna qüvvələrini Korenevo kəndindən çıxarıblar. Bunu “Bild” nəşrinin tanınmış eksperti Julian Röpke yazıb:
“Avqustun 20-də Ukrayna qoşunları Kursk vilayətinin Korenevo kəndini ələ keçirdi, vilayət mərkəzi və eyniadlı dəmir yolu stansiyası uğrunda döyüşlər başladı.
Döyüş təmasları indi təxminən onun şərq hissəsi boyunca uzanır. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri bu yaxınlarda Korenevodan cənubda, Seym çayının sahilində yerləşən Krasnooktyabrskoye kəndini işğal edib.

Beləliklə, hətta Korenevonu almadan, 3000-ə yaxın rus əsgəri mühasirədə qapadılıb. Onların şərq cinahı tamamilə bağlandı, cənubdan və qərbdən dövlət sərhədi, şimaldan isə Seym çayının arasında qalıblar.

Rusiya avqustun 29-u gecə yenidən Ukrayna şəhərlərini kütləvi atəşə tutub. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, Rusiya ordusu 74 “Şahid” PUA-sı və beş müxtəlif tipli raketdən istifadə etməklə Ukrayna ərazisinə hücum edib. Hücumlar Kursk və Belqorod vilayətlərindən, həmçinin Krasnodar diyarından həyata keçirilib.

Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfinıdən 2 raket və 60 PUA məhv edilib. Daha 14 zərbə PUA-sı Ukrayna ərazisində yoxa çıxıb.
Bildirilib ki, bu, həftənin əvvəlindən bəri üçüncü kütləvi hava zərbəsidir. Rusiya ordusu 26 və 27 avqust tarixlərində də Ukraynaya qarşı kütləvi raket və PUA hücumu həyata keçirmişdi.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Elşad Paşasoyla Ukrayna münaqişəsini və Zəngəzur dəhlizini müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR