İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna kilsələrində rus agenturası ifşa olunur

Son bir həftədə Ukrayna əks-kəşfiyyatı yerli pravoslav kilsəsində rus agenturasının izlərinin tapılması ilə bağlı uğurlu reydlər həyata keçirir.

Musavat.com xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti Poçaev İlahiyyat Seminariyasının (Ternopol vilayətinin Poçaev şəhəri) ərazisində yoxlamalar aparıb.

Xatırladaq ki, cəmi 3 gün öncə UTX Poçaev İlahiyyat Seminariyasının rektoru İovun (əsl adı Viktor Fyodoroviç Smakouz) otağında da axtarışlar aparıb. Kəşfiyyatçılar orada “Rus dünyası və imperializmi”ni yüksəldən ədəbiyyatlar, mühazirələr aşkar ediblər.

Noyabrın 27-də Ukrayna Təhlükəsizlik Xidməti hələ də Rus Pravoslav Kilsəsinin nəzarətində qalan yeparxiya administrasiyasının ərazisində və İvano-Frankovsk vilayətindəki kilsədə yoxlamalar həyata keçirib.

Yoxlamalar nəticəsində UTX hər iki dini idarədə külli miqdarda anti-Ukrayna materialları tapdıqlarını bildirib.

Məlum olub ki, həmin kilsələrdə Ukrayna xalqının mövcudluğunu, onun dilini, eləcə də Ukraynanın dövlətçilik hüququnu inkar edən, Ukraynanın süni şəkildə yaradılmış dövlət olduğunu təbliğ edən ədəbiyyatlar saxlanılırmış. Kitabların əksəriyyəti Rusiya mətbəələrində nəşr olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR