İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ilə bağlı məxfi sənədlər internetə sızdı

ABŞ-nin Ukrayna ilə bağlı məxfi sənədlərinin yeni partiyası internetə sızıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The New York Times” qəzeti yayıb. 

Məlumata görə, ABŞ-nin Yaxın Şərq və Çinlə bağlı da məxfi sənədləri sosial şəbəkələrə sızıb.

Ümumilikdə 100-dən çox sənədin paylaşıldığı bildirilir. Bəzi sənədlərdə onların məzmununun başqa ölkənin nümayəndələrinə məlum olmamalı olduğu qeyd edilib.

Analitiklərin fikrincə, məxfi sənədlərin yayılma miqyası, eləcə də sənədlərin məzmunu ölkə rəhbərliyinə böyük zərbə vura bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR