İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna həyəcan içində - Trampın Odessanı Putinə verəcəyinə dair əndişə var

Ukrayna administrasiyası Donald Trampın Vladimir Putinə güzəştə gedə biləcəyindən, o cümlədən Odessanın nəzarətinin Rusiyaya mümkün keçməsindən narahatlığını ifadə edir.

Musavat.com xəbər verir ki, bu cür qorxuların rəsmi səbəbləri açıqlanmır.

“The New York Times” ABŞ prezidenti Donald Tramp və Vladimir Putin arasında gözlənilən telefon danışıqları ilə bağlı material dərc edib. Nəşrin məlumatına görə, onların müzakirəsi silahlı münaqişənin sülh yolu ilə nizamlanması çərçivəsində Ukraynadan mümkün güzəştlərə gedəcək.

NYT-nin məlumatına görə, Trampın köməkçiləri Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımı “mütləq özündə saxlayacağını” açıqlayıblar. Onlar həmçinin Moskvanın hazırda əlində olan ərazilərə nəzarəti əldən verməyəcyini güman edirlər. Söhbət Ukrayna torpaqlarının təxminən 20%-dən gedir.

Eyni zamanda, Vladimir Zelenski administrasiyasına yaxın mənbələr daha əvvəl NYT-yə Trampın Rusiyanın xeyrinə başqa ərazi güzəştləri ilə razılaşa biləcəyi ehtimalından narahat olduqlarını bildiriblər. Onların arasında, xüsusilə, Ukraynanın strateji əhəmiyyətli limanı olan Odessanın adı çəkilir. Bununla belə, qəzet Ukrayna nümayəndələrinin bu cür qorxularının nəyə əsaslandığını dəqiqləşdirməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Mart 2025

BÜTÜN XƏBƏRLƏR