Onlayn ictimai-siyasi qəzet
Rusiyanın “Qazprom” şirkəti Ukrayna ərazisi ilə Avropaya qazın tranzitini davam etdirir.
"APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu "Qazprom"un rəsmi nümayəndəsi Sergey Kupriyanov deyib.
Onun sözlərinə görə, şirkət Avropadan olan istehlakçıların müraciətlərinə uyğun olaraq, Ukrayna ərazisi ilə müntəzəm rejimdə qaz nəql edir.
Bu gün müraciətlərə əsasən, qeyd olunan istiqamət üzrə nəql üçün nəzərdə tutulan qazın həcmi 98,9 mln. kubmetr təşkil edir, bu da 8 may tarixinə olan göstərici (92,1 mln. kubmetr) ilə müqayisədə 7,4% çoxdur.
Qeyd edək ki, "Qazprom"un 2022-ci il üçün Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 mlrd. kubmetr və ya gündə təxminən 109,5-109,6 mln. kubmetr təşkil edir.
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ