İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna əks-hücum üçün şərtləri açıqladı

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak əks-hücumun başlaması üçün dörd şərtin adını çəkib.

APA-nın “Kanal 24”ə istinadən verdiyi məlumata görə, Podolyak bildirib ki, Ukrayna silah ehtiyatı toplamalı, hərbçilərə təlim keçməli, əməliyyatı planlaşdırmalı, informasiya hücumları həyata keçirməlidir.

Birinci komponent əks-hücum üçün silah və texnikanın davamlı yığılmasıdır. İkincisi, Ukrayna hərbçilərinin bu əməliyyatda iştirak etmək üçün intensiv təlim keçməsi və koordinasiya etməsidir”, - Podolyak vurğulayıb.

Müşavir Ukrayna Baş Qərargahı tərəfindən gözlənilən əməliyyatın planlaşdırılmasını da vurğulayıb. Bundan əlavə, Podolyak “düşmənin psixoloji vəziyyətinə təsir göstərmək” məqsədilə informasiya hücumlarının hazırlanmasından danışıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR