Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələri Volqoqrad vilayətində yerləşən Marinovka aerodromuna hücum edib. Yerli sakinlərin sözlərinə görə, Kalaçevski rayonunda bir neçə güclü partlayış səsləri eşidilib.
Musavat.com xəbər verir ki, bu barədə "Mash" telegram kanalı məlumat yayıb.
Sakinlərin bildirdiyinə görə, ümumilikdə 5-6 partlayış qeydə alınıb. Hadisənin təfərrüatları hələlik tam dəqiqləşdirilməsə də, ilkin məlumatlar hücumun pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirildiyini göstərir.
Bundan əvvəl monitorinq kanalları Volqoqrad vilayətinə doğru 15-ə qədər motorlu və iki reaktiv PUA-nın uçduğu barədə xəbər yaymışdı. Bu PUA-ların mümkün hədəfləri və hücumun nəticələri barədə rəsmi açıqlama verilməsə də, yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxladıqlarını bildirirlər.
Musavat.com
28 Mart 2025
27 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ