İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tesla" qiymətləri rekord səviyyəyə qaldıracaq

"ABŞ Prezidenti Donald Tramp administrasiyasının digər ölkələrə qarşı ticarət məhdudiyyətləri səbəbindən "Tesla" şirkətinin yeni avtomobillərinin qiymətləri artacaq".

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin sahibi İlon Mask özünün "X" hesabında bəyan edib.

"Qeyd etmək vacibdir ki, "Tesla" bu məsələdə zərərdən qaça bilməyib. Rüsumların "Tesla"ya təsiri hələ də əhəmiyyətlidir", - deyə milyarder yazıb.

Onun sözlərinə görə, tarif məhdudiyyətləri digər ölkələrdən gətirilən "Tesla" avtomobillərinin ehtiyat hissələrinin qiymətinə təsir edəcək, qiymətə təsir əhəmiyyətli olacaq.

Qeyd edək ki, martın 26-da Tramp ABŞ-nin ölkə xaricində istehsal olunan bütün avtomobillərə 25% idxal rüsumu tətbiq edəcəyini bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

30 Mart 2025

BÜTÜN XƏBƏRLƏR