Onlayn ictimai-siyasi qəzet
Qərb şirkəti müharibədən sonra ilk dəfə Rusiyaya qayıtdığını elan edib
İtaliyanın Ariston Group şirkəti genişmiqyaslı müharibənin başlanmasından bəri Rusiyaya qayıtdığını elan edən ilk Qərb şirkəti olub.
Musavat.com-un məlumatına görə, bu qərar Rusiya prezidenti Vladimir Putinin şirkətin milliləşdirilməsi ilə bağlı əvvəlki qərarını ləğv etməsindən sonra qəbul edilib.
Ariston Group-un baş direktoru Paolo Merloni bildirib ki, şirkət Rusiyada fəaliyyətini bərpa etməkdən məmnundur.
"Biz Rusiya hakimiyyətinin Ariston Group-un ölkədəki törəmə şirkətinə sahibliyini və idarəçiliyini bərpa etmək qərarını yüksək qiymətləndiririk. Bu addım, bizim onilliklər boyu məsuliyyətli investisiyalar və idarəetmə prinsipimizə sadiqliyimizi, 300-dən çox rusiyalı əməkdaşımıza bağlılığımızı və yerli biznesin davamlı fəaliyyətini əks etdirir. Biz Rusiyadakı yerli rəhbərliklə birlikdə fəaliyyətimizi bərpa etməyi, eyni zamanda mövcud sanksiyalara tam əməl etməyi planlaşdırırıq”, – deyə Merloni vurğulayıb.
Musavat.com
31 Mart 2025
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ