Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə davam edən müharibə ilə bağlı son əməliyyat məlumatlarını yayıb.
Nazirliyin brifinqində bildirilib ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Ukraynaya məxsus MiQ-29 qırıcısını vurub.
Bundan əlavə, 137 ədəd Ukrayna pilotsuz uçuş aparatı (PUA) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Brifinqdə qeyd olunan digər əsas məqamlar:
• “Şərq” qoşun qruplaşması Donetsk Xalq Respublikasında “AyDar” batalyonuna (Rusiyada terrorçu kimi tanınıb və qadağan olunub) zərbə endirib;
• “Mərkəz” qoşun birləşməsi ilə üzbəüz döyüşlərdə Ukrayna ordusu təxminən 465 hərbçisini itirib;
• “Cənub” qruplaşmasının fəaliyyəti nəticəsində Ukrayna tərəfi 280-dən çox itki verib;
• “Dnepr” bölgəsində Ukrayna ordusu təxminən 80 hərbçi itirib;
• Belqorod istiqamətində Rusiya ordusu dörd Ukrayna birləşməsini sıradan çıxarıb;
• “Qərb” qoşun qruplaşmasının hücumları nəticəsində isə Ukrayna tərəfi 210-dan çox hərbçisini itirib.
Rusiya Müdafiə Nazirliyi, həmçinin Ukrayna Silahlı Qüvvələrinin aerodromunun, silah istehsalı müəssisələrinin və zərbə dronlarının istehsal sexlərinin vurulduğunu açıqlayıb.
Analoji açıqlamalar Ukrayna tərəfdən də yayılıb. Onlar da Rusiyanın çoxsaylı texnika və canlı qüvvəsini məhv etdiklərini iddia edirlər.
Həmin məlumatlar da Musavat.com tərəfindən dərc edilir.
Musavat.com
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ