İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna cəbhəsində kritik vəziyyət - Müdafiə qoşunları hücum xəttinə göndərilir

Cəbhədə kəskin şəxsi heyət çatışmazlığı səbəbindən Ukrayna Baş Qərargahı hava hücumundan müdafiə qüvvələrinin piyada qoşunlarına yönləndirilməsi barədə göstəriş verib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "The Guardian" yayıb.

Hərbçilər vəziyyətin kritik həddə çatdığını bildirir və hava hücumundan müdafiənin düzgün fəaliyyət göstərə bilməsi ilə bağlı ciddi narahatlıqlarını ifadə edirlər.

Bundan əlavə, bəzi komandirlərin bu əmrlərdən narazı əsgərləri piyada qoşunlarına "cəzalandırmaq məqsədilə" göndərmək üçün istifadə etməsindən narahatlıq var.

"Vəziyyət getdikcə pisləşir. Şəxsi heyətimin yarısından da azı qalıb. Son vaxtlar komissiya gəldi və daha onlarla insan tələb edir. Mənim qalan heyətim ya 50 yaşdan yuxarıdır, ya da yaralıdır. Belə vəziyyətdə işləmək mümkün deyil," – deyə Ukrayna hava hücumundan müdafiə bölməsinin zabitlərindən biri bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR