İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ukrayna borşu bölüşmək istəmir: bu, nasizmdir" - Rusiya XİN rəsmisi

"Ukrayna təhlükəli və gərəksz saydığı ədəbiyyatı məhv edir, o cümlədən kulinariya kitablarını da. Üstəlik, Ukrayna borşa yiyə çıxmaq istəyir".

Milli.Az bildirir ki, Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova brifinqdə belə deyib.

M.Zaxarova Ukraynada ədəbiyyata aparılan kampaniyanı nasist Almaniyasında aparılmış analoji kampaniyaya bənzədib. Onun sözlərinə görə, "yalnıx tarix dərslikləri yox, hər cüri kitablar tonqallarla yanırdı. Etnomədəni, dini və hətta uşaq ədəbiyyatı zərbə altına düşüb".

"Ukraynada hətta kulinariya kitabları yasaqlanırdı. Niyə? Sən demə, borşun reseptlərini bölüşmək olmaz. Olmaz! Borş yalnız kiməsə, hansısa xalqa məxsus olmalıdır", - M.Zaxarova deyib.

O, daha sonra bildirib: "Borş ümumi olsun? Hər şəhərdə, hər bölgədə evdə xanım onu istədiyi kimi bişirsin? Yox. Onlar güzəştə getmək istəmirlər. Bax, bu dediklərimizdir. Ksenofobiya, nasizm, bütün növdə ekstremizmdir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR