Onlayn ictimai-siyasi qəzet
Ukrayna və ABŞ arasında yeraltı sərvətlərə dair saziş birbaşa təhlükəsizlik zəmanətləri ilə bağlıdır.
Musavat.com xəbər verir ki, Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, nə prezident Volodimir Zelenski, nə də Ukrayna Nazirlər Kabineti bu sazişi təhlükəsizlik təminatları olmadan imzalamayacaq.
Şmıqalın sözlərinə görə, hazırda “Ukraynanın bərpası üçün investisiya fondunun qaydaları və şərtlərinin müəyyən edilməsi haqqında Saziş” adlanan bu sənəd, hüquqi qüvvəyə malik olan ilkin razılaşmadır. Bu fondun məqsədi Ukraynanın bərpasını maliyyələşdirməkdir və ABŞ və Ukrayna bu fondun idarə olunmasında bərabər hüquqlara sahib olacaqlar.
Bu saziş Ukraynanın müharibədən sonrakı inkişafı və təhlükəsizliyinin təmin olunmasında mühüm addım kimi qiymətləndirilir.
Musavat.com
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ