İnsanlara hürriyət, millətlərə istiqlal!

UFC çempionu Çimayev Fələstində döyüşə getmək istəyir

UFC döyüşçüsü Həmzət Çimayev Çeçenistan rəhbəri Ramzan Kadırovun icazəsi ilə Fələstinə getməyə hazır olduğunu bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, oktyabrın 21-də Əbu-Dabidə keçirilən UFC-294 turnirinin əsas döyüşündə Çimayev Kamaru Usmanı məğlub edib. Ramzan Kadırovun oğulları Həmzətə oktaqonun küncündə kömək ediblər.

Döyüşdən sonra idmançı Çeçenistan rəhbərinə müraciət edib. Çimayev bildirib ki, Ramzan Kadırovun dəstəyi ilə səkkizbucaqda döyüşmək onun üçün problem deyil. “Sizdən xahiş edirəm, mənə silah verin və Fələstin uğrunda döyüşməyə icazə verin”, - Çimayev UFC döyüşündə qalib gəldikdən sonra Çeçenistanda deyib.

Kadırov döyüşçünün çıxışını şərh edərək, bunu “toxunulmaz və dərin hörmətə layiq” adlandırıb.

“O, Fələstini xüsusi qeyd etdi və idman dünyasının diqqət mərkəzində Qəzza zolağı xalqına qarşı zorakılığı qətiyyətlə pislədi. Həmzət bununla onun əsl müsəlman qəlbinin qardaş Fələstin xalqı üçün nə qədər ağrıdığını göstərdi”, - Çeçenistan rəhbəri Telegram-da yazıb.

29 yaşlı Çimayev Çeçenistanda anadan olub, lakin 18 yaşında o, bayrağı altında yarışdığı İsveçə mühacirət edib. Sentyabrın sonunda o, idman vətəndaşlığını dəyişib və hazırda BƏƏ-ni təmsil edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR