İnsanlara hürriyət, millətlərə istiqlal!

Udinlər Xudavəng monastr kompleksini ziyarət edib - FOTOLAR

Dünən 22 oktyabr 2022-ci ildə Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət ediblər.

Musavat.com bildirir ki, bunu Alban-Udin Xristian İcmasının sədri Robert Mobili sosial şəbəkədəki şəxsi profilində yazıb. O qeyd edib ki, ziyarət zamanı icma nümayəndələri burada dini ayin icra edərək şamlar yandırıb, dualar oxuyublar. Xudavəng monastırını ziyarət edən icma nümayəndələri burada dini ayinlər icra edib, Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxuyublar.

R. Mobili xatırladıb ki, çar Rusiyası 1828-ci ildən sonra Qarabağa köçürülmüş ermənilərin fitvası ilə Alban kilsələrinin fəaliyyətini dayandırmış və onun mülkiyyətini qriqoryan kilsəsinə verib: “160 il ərzində tarixi ədalətsizliyə etiraz edən udi etnosu bu müddətdə qriqoryanlığı qəbul etməmiş, özlərini Alban (Qafqaz) apostol müstəqil kilsəsinin varisləri saymışlar”.

Qeyd edək ki, Rusiya sülhməramlılarının nəzarəg etdiyi ərazidə Azərbaycan bayrağının dalğalanmaması sosial şəbələlərdə müzakirələrə səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR