İnsanlara hürriyət, millətlərə istiqlal!

Ucarda maskalı quldurlar tək yaşayan qadının evinə basqın etdilər

Ucarda evə basqın olub.

Həsənova Nurayyə Mirzə qızı Ucar RPŞ-nə ərizə ilə müraciət edib.

O, yaşadığı fərdi yaşayış evində tək olduğu vaxt evinə basqın edildiyini, üzərində qara rəngli maska olan iki nəfər şəxsin əl-qolunu yapışqan lentlə bağlayıb evin yataq otağında olan yük döşəklərinin altından 7000 manat nağd pulu götürərək uzaqlaşmalarını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kərimov Müşfiq Cavanşir oğlu və Kərimov Cavanşir İbad oğlu şübhəli şəxs qismində tutulublar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR