İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirkətini ermənilərə satan Tatyana Bakalçuk soyadını dəyişdi

Rusiyada bu yaxınlarda basqına məruz qalan “Wildberries” şirkətinin qurucusu Tatyana Bakalçuk qızlıq soyadını qaytarıb.

Musavat.com xəbər verir ki, bu barədə “Russia Today” kanalı məlumat yayıb.

“Ən yaxşı seçim həmişə özünüz olmaqdır” - deyə sahibkar öz Teleqram kanalında yazıb.

Bundan sonra Tatyana Bakalçuk artıq Tatyana Kim olaraq bilinəcək.

Qeyd edək ki, bu ilin iyul ayında Tatyana Bakalçuk əri Vladislav Bakalçukdan boşanmaq üçün ərizə verib. Münaqişəyə əsas səbəb Vladislav Bakalçukun “Wildberries” və açıq reklam operatoru “Russ”un birləşməsinə qarşı çıxması olub.

Vladislav Bakalçuk iyun ayında Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb. O, “Wildberries” şirkətinin “Russ”un rəhbəri Robert Mirzoyan və onun qardaşı Levon Mirzoyan tərəfindən zorla ələ keçirildiyini bildirib.

Sentyabrın 18-də Moskvanın mərkəzində “Wildberries” ofisinin yaxınlığında atışma baş verib. İstintaq Komitəsinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla, 7 nəfər yaralanıb, 2 ofis mühafizəçisi həlak olub.

“Wildberries” nümayəndələrinin sözlərinə görə, ilk atəş açan Vladislav Bakalçuku müşayiət edən silahlı şəxslər olub. İş çərçivəsində Basmannı məhkəməsi 30 nəfəri həbs edib, daha 19 nəfər isə polisə tabe olmadıqları üçün inzibati həbs alıb. Vladislav Bakalçuk atışmadan sonra saxlanılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR