İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç nəfər Putindən mükafatı almağa gəlmədi

Mərasimə qatılmayan Sergey Polunindir 2018-ci ildə  sinəsinə Rusiya prezidentinin döyməsini vurdurub 

Martın 22-də Kremldə mədəniyyət sahəsindəki fəaliyyətinə  görə mükafatlandırma mərasimi olub.   Amma mükafatlandırılan 7 nəfərdən üçü mərasimi qatılmayıb. 

Vladimir Putin mükafatlandırılanlar arasında “rəqs möcüzəsi” adlandırılan Sergey Poluninin olmadığına diqqət çəkib. "Mən onu burada görmürəm" deyə, Prezident təəssüflə başını yelləyib. Polunin təkcə xoreoqrafiyası ilə deyil, həm də  Ukraynadakı hərbi əməliyyatlara dəstəyi ilə məşhurdur. 2018-ci ildə o sinəsinə Putinin böyük şəklinin döyməsini vurdurub.  Rəqqasın dediyinə görə, döyməni Londonda 300 funt-sterlinqə vurdurub. Buna səbəb isə “hər gün Putinə Qərbdən yönələn mənfi enerjinin bir hissəsini özüm qəbul edim” deyə, o izahatında deyib.   

Prezidentin köməkçisi Vladimir Tolstoyun sözlərinə görə, hər biri 5 milyon rubl olan üç mükafat  gənc istedadlara, daha üçü isə öz yaradıcılığını gənc nəslə həsr etmiş rus mədəniyyətinin qocaman  xadimləri layiq görülüb. Mükafatlardan biri iki nəfər arasında bölündüyü üçün tədbirdə yeddi iştirakçı olmalı idi. Zalda isə cəmi dörd  nəfəri varmış…

dqrQ8V16643606451162_l.jpg (116 KB)

Rusiyada “Mədəniyyət işçiləri günü” 25 martda qeyd olunur. Mükafat alanlar az olduğu üçün adətən belə mərasimlər Böyük Yekaterina zalında deyil, dövlət başçısının  başqa bir qəbul otağında keçirilib.  

Əvvəlcə Vladimir Putin çıxışında hər bir mükafatçı haqqında bir neçə xoş söz deməyə çalışıb. Putin deyib ki, gənc rejissor Aydar Zabbarov yerli psixoloji teatrın ənənələrini davam etdirir. Heykəltəraş Yekaterina Pilnikova  36 yaşına qədər, artıq rus mədəniyyətinin görkəmli xadimlərinin heykəllərini  yaradıb  və "nadir istedada" malikdir. "Dünya xoreoqrafiya tarixinə öz səhifələrini yazan başqa bir gənc, lakin artıq tanınan balet artisti Sergey Vladimiroviç Polunindir" deyə  Putin bildirib. “Mən onu burada görmürəm,” o, təəccüblə qarışmış məyusluqla qeyd edib.

Kremlin sözçüsü Dmitri Peskov Kremldə mərasimə qatılmayanların “əsaslı səbəbləri olduğunu” deyib.  Prezidentin köməkçisi Vladimir Tolstoy daha konkret danışıb. Onun sözlərinə görə, Poluninin mükafatlandırma mərasimi olan gün tamaşasının  premyerası olub. Polunin özü də deyib ki, mükafatın verilmə tarixini üç həftə öncədən öyrənib, lakin artıq heç nəyi dəyişə bilməzdi: “Master və Marqarita” əsasında tamaşa bir ildir hazırlanırdı, bu, komanda və tamaşaçılar qarşısında böyük məsuliyyətdir”.  Mərasimə qatılmayan  Kovalevskayanın isə 90 yaşı var, həkimlər onun uzaq yola  çıxmasına icazə verməyiblər.Mərasimdə yerli uşaq kinosunun inkişafındakı xidmətlərinə görə mükafatları bölünən rejissor Alexander Qalibin də iştirak etməyib. Onun haqda isə bilgi verilmir. 

Orxan ƏLİYEV, 
Musavat.com  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR