Onlayn ictimai-siyasi qəzet
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Seçki Müşahidə Missiyası nümayəndələri qısamüddətli müşahidələri ilə bağlı nəticələri ictimaiyyətlə paylaşıb.
Musavat.com xəbər verir ki, mətbuat nümayəndələri üçün təşkil olunan mətbuat konfransında millət vəkili, nümayəndə heyətinin rəhbəri Osman Mesten bildirib ki, nümayəndə heyətinin bir qismi işğaldan azad edilən ərazilərdə seçki prosesini müşahidə edib:
"Seçkidə qadınlar və gənclər üstünlük təşkil edib. Missiyamız seçkinin yüksək səviyyədə təşkil olduğunu müşahidə edib. Səsvermə hüququndan istifadə etmək üçün daşına bilən qutular vasitəsilə şərait yaradıldığını gördük. Səs çoxluğu ilə qalib gələn İlham Əliyevi təbrik edirik".
Nigar HƏSƏNLİ,
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ